Kaşif Kozinoğlunun ölümünə dair istintaqda YENİ MƏRHƏLƏ
2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən başladılan istintaq çərçivəsində 4 nəfər haqqında gözaltı qərarı verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.
Gözaltı qərarı Kozinoğlunun ölümünün baş verdiyi dövrdə Silivri Cümhuriyyət Baş Prokuroru və həbsxana prokuroru kimi çalışan Ali İşgören və Necip Doğan, həmçinin onun koğuş yoldaşları Hasan Ataman Yıldırım və Hasan Atilla Uğur barəsində çıxarılıb.
İstanbul və Ankarada keçirilən əməliyyat zamanı Hasan Ataman Yıldırım, Ali İşgören və Necip Doğan saxlanılıb. Kıbrısda olduğu bildirilən Hasan Atilla Uğurun saxlanılması ilə bağlı prosedur isə davam edir.
Silivri Cümhuriyyət Baş Prokurorluğunun açıqlamasına görə, İşgören və Doğan Kozinoğlunun ölümünün baş verdiyi vaxt vəzifədə olublar. Hasan Ataman Yıldırım və Hasan Atilla Uğur isə onun koğuş yoldaşları olublar.
Kaşif Kozinoğlu 2011-ci ildə Odatv işi çərçivəsində Silivri həbsxanasında saxlanıldığı vaxt həyatını itirib. Onun ölümü ilə bağlı əvvəlki araşdırma sonradan təqibata xitam verilməsi ilə nəticələnmişdi. Avqustun 26-da qərarın ləğv edilməsindən sonra iş üzrə istintaq yenidən başladılıb.
Hazırkı istintaqın məqsədi Kozinoğlunun ölümünün bütün hallarının yenidən araşdırılması və hadisə ilə bağlı şübhələrin aydınlaşdırılmasıdır.
14:23 17.09.2026
Oxunuş sayı: 57