Türk dövlətləri arasında MALİYYƏ ƏMƏKDAŞLIĞINDA YENİ ADDIM
Türk dövlətləri üçün birgə inkişaf bankının yaradılması təklif olunur.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının II Beynəlxalq Aparıcı Milli Analitik Mərkəzlər Konfransında deyib.
Onun sözlərinə görə, Türk İnvestisiya Fondu fəaliyyətini davam etdirir və artıq əhəmiyyətli büdcə formalaşdırıb.
Zorlu bildirib ki, türk dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün birgə maliyyə mexanizmlərinin yaradılması gündəmdədir. Bu çərçivədə ortaq inkişaf bankının yaradılması məsələsi də müzakirə oluna bilər.
14:37 16.09.2026
Oxunuş sayı: 50