Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
Azərbaycan komandası Maltada keçirilən Avropa Açıq üzgüçülük yarışında 4x50 metr məsafəyə sərbəst üsulla estafet mübarizəsində 3 dəqiqə 14,55 saniyə nəticə ilə birinci yeri tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan təmsilçiləri fərdi yarışlarda da uğurla çıxış edərək mükafatçılar sırasına düşüblər.
Fərdi mübarizədə Mirqayıb Rəsulov 50 metr məsafəyə batterflay (32,70 saniyə) və sərbəst üsulla (31,26 saniyə) üzməkdə 2-ci yeri tutaraq gümüş medal qazanıb.
Georgiy Qəniyev 50 metr məsafəyə arxasıüstə üzməkdə (38,60 saniyə) 2-ci, sərbəst üsulla üzməkdə (31,47 saniyə) isə 3-cü olub.
Ağasəlim Abdullayev 25 metr məsafəyə brass üsulu ilə üzməkdə (29,18 saniyə) 2-ci, 50 metr məsafəyə yarışda (1 dəqiqə 04,80 saniyə) 4-cü yeri tutub.
Məhəmməd Əli isə 50 metr məsafəyə arxasıüstə üzməkdə (1 dəqiqə 19,92 saniyə) 3-cü, sərbəst üsulla üzməkdə (1 dəqiqə 09,64 saniyə) 6-cı olub.
11:51 14.09.2026
Oxunuş sayı: 46