Avropa çempionatı: Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb
3x3 basketbol üzrə Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında həlledici oyunlara start verilib.
Crossmedia.az-ın məlumatına görə, qadınlardan ibarət Azərbaycan millisi 1/4 finalda Fransa seçməsi ilə qarşılaşıb və rəqibinə 20:15 hesabı ilə qalib gəlib.
Yarımfinalda rəqib İspaniya millisi olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
17:41 13.09.2026
Oxunuş sayı: 41