Yunanıstan Ukraynaya Patriot raketləri verməkdən imtina edib
Ukrayna Yunanıstandan “Patriot” sistemləri üçün raketləri heç bir şərt olmadan verməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
“La Tribune” nəşrinin yaydığı videoda Ukrayna Ali Radasının deputatı Dmitri Qorbenko bildirib ki, Yunanıstan bunun müqabilində Ukraynadan Rusiya limanlarına daxil olan Yunanıstan tankerlərinə hücum etməməyi tələb edib.
Qeyd edək ki, “Patriot” ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemidir.
16:27 13.09.2026
Oxunuş sayı: 46