Faktiki hava - Leysan yağır
Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 14:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, əsasən əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.
14:36 13.09.2026
Oxunuş sayı: 52