Yaxın Şərqdə hərbi aktivlik: ABŞ aviadaşıyıcısı gecə uçuşlarına başladı
ABŞ Hərbi Dəniz Qüvvələrinin “George Washington” aviadaşıyıcısı İranla artan gərginlik fonunda Yaxın Şərqdə gecə uçuş əməliyyatlarına başlayıb.
Crossmedia.az bu barədə xəbər verir.
Görüntülərdə aviadaşıyıcının göyərtəsində yerləşən qırıcı təyyarələrin gecə saatlarında havaya qalxması və tapşırıqlarını yerinə yetirdikdən sonra gəmiyə qayıtması əks olunub. Həmçinin helikopterlərin enişi zamanı göyərtə heyətinin fəaliyyəti və gecə əməliyyatları üzrə təlimlər nümayiş etdirilib.
Nimitz sinfinə aid nüvə mühərrikli “George Washington” aviadaşıyıcısı 6 mindən çox şəxsi heyəti daşıya bilir. Gəmi 286 gün dənizdə qaldıqdan sonra Yaxın Şərqdən ayrılan “Abraham Lincoln” aviadaşıyıcısını əvəz etmək üçün bölgəyə göndərilib.
12:51 12.09.2026
Oxunuş sayı: 57