Parisdə beynəlxalq kosmik sammit keçirilir
Parisdə başlayan Beynəlxalq Kosmik Sammitdə 120 ölkədən kosmik sektorunda fəaliyyət göstərən təxminən 1 100 şirkət iştirak edir.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
İki gün davam edən sammitdə qlobal kosmik iqtisadiyyatın qarşılaşdığı problemlərin həlli, kosmosun dialoq, müdafiə və tərəfdaşlıq yolu ilə təhlükəsizliyinin təmin edilməsi, eləcə də kosmik elmlər, texnologiyalar və kəşflərə beynəlxalq yanaşma müzakirə olunur.
Sammitin ilk günündə fransalı astronavt Tomas Peskenin moderatorluğu ilə panel keçirilib. Müzakirədə italiyalı astronavt Luka Parmitano, almaniyalı astronavt Aleksandr Gerst, polşalı astronavt Slawosz Uznanski-Vişnevski və fransalı astronavt Arno Prost çıxış edəcəklər.
Fransa Prezidenti Emmanuel Makronun panelin sonunda çıxış etməsi gözlənilir. O, həmçinin sammitdə iştirak edən xarici nümayəndə heyətlərinin təmsilçiləri üçün Yelisey sarayında şam yeməyi təşkil edəcək.
Fransa və Almaniyanın həmsədrliyi ilə keçirilən sammitdə Almaniya kansleri Fridrix Merts iştirak edə bilməyəcək. Almaniyanı tədbirdə müdafiə naziri Boris Pistorius və tədqiqat, texnologiya və kosmos naziri Dorotee Bar təmsil edəcək.
Bundan başqa, ABŞ-ın bəzi kosmik şirkətlərinin də sammitdə iştirak etməməsi diqqət çəkib. Onların arasında İlon Maskın “SpaceX” şirkəti və Amazon-un qurucusu Ceff Bezosun yaratdığı “Blue Origin” də var.
“Politico”nun müxtəlif mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ administrasiyasının elm və texnologiya siyasəti üzrə məsul şəxslərindən biri avqustun 27-də “SpaceX” daxil olmaqla bir sıra ABŞ kosmik şirkətlərinə Paris sammitində iştirakın Avropa İttifaqının siyasi mövqeyinə “üstüört və ABŞ arasında lazımi koordinasiyanın aparılmadığını deyərək, Fransa hökumətini “rəqabətə qarşı” addımlar atmaqdaülü dəstək” kimi qiymətləndirilə biləcəyini bildirib.
ABŞ rəsmisi sammitin təşkili ilə bağlı Fransa və ABŞ arasında lazımi koordinasiyanın aparılmadığını deyərək, Fransa hökumətini “rəqabətə qarşı” addımlar atmaqda ittiham edib və Çinin sammitdə iştirakından narahatlığını ifadə edib.
Bundan sonra “SpaceX” və “Blue Origin” daxil olmaqla dörd ABŞ şirkəti sammitdə iştirak etməyəcəyini açıqlayıb.
İki gün davam edəcək sammit sabah başa çatacaq.
01:20 10.09.2026
Oxunuş sayı: 41