Şəmkirdə qəfil alışan maşın hərəkətə gəlib qarşısındakı avtomobilə çırpıldı
Şəmkirdə minik avtomobili yanıb.
Crossmedia.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birinin yaxınlığında qeydə alınıb.
Belə ki, yol kənarında dayanmış vəziyyətdə olan VAZ-21099 markalı minik maşını qəfildən yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb ediliblər.
23:48 09.09.2026
Oxunuş sayı: 50