"Qarabağ" rəsmisi: "Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur"
Abdullah Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur.
Bunu Crossmedia.az'a "Qarabağ"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.
O, Səudiyyə Ərəbistanının "Əl-Oruba" kollektivinə keçidi baş tutmayan Abdullah Zubirin Ağdam təmsilçisinə qayıtmaq ehtimalı barədə danışıb:
"Abdullah Zubir artıq "Qarabağ"dan ayrılıb. Onunla bağlı bizdə əlavə, yeni məlumat yoxdur. Bilinən odur ki, hazırda azad agent statusu daşıyan oyunçudur. Zubir istənilən kluba keçmək potensialına malik futbolçudur".
Qeyd edək ki, 2018-ci ilin yayında "Qarabağ"a qoşulan Abdullah Zubir ötən ay komandadan ayrılıb.
16:55 09.09.2026
Oxunuş sayı: 39