Təyyarə dənizə düşdü, 2 nəfərin taleyi məlum deyil
Gürcüstanın Batumi şəhərindən havaya qalxan və göyərtəsində iki nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rize vilayətinin Çayeli rayonu sahillərində dənizə düşüb.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı məlumat yayılıb.
Hazırda təyyarənin düşdüyü ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.
Qəzanın səbəbi hələlik məlum deyil. Təyyarədə olan iki nəfərin taleyi ilə bağlı əlavə məlumat verilməyib.
16:36 09.09.2026
Oxunuş sayı: 38