Kiyevdə yaşayış binasına dron zərbəsi: 4 nəfər yaralanıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya PUA-sı səhər saatlarında Kiyevdə yaşayış binasına zərbə endirib, nəticədə 4 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Zelenskinin bildirdiyinə görə, ötən gecə Moldova ilə sərhəddə yerləşən Starokozache beynəlxalq sərhəd-keçid məntəqəsi də hücuma məruz qalıb.
Prezidentin sözlərinə görə, hücum nəticəsində keçid məntəqəsinin fəaliyyəti dayandırılıb, 2 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb. Reuters də Starokozache keçid məntəqəsinə hücum nəticəsində 2 nəfərin öldüyünü və 3 nəfərin yaralandığını, sərnişin və avtomobil hərəkətinin müvəqqəti dayandırıldığını bildirib.
Kiyevdə isə Rusiya PUA-larının hücumları nəticəsində şəhərin müxtəlif ərazilərində yanğınların baş verdiyi və xilasedicilərin hadisə yerlərində işlədiyi bildirilir.
13:36 09.09.2026
Oxunuş sayı: 40