Nepalda daşqınlar: 11 Rusiya vətəndaşı itkin düşüb
Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində 11 Rusiya vətəndaşının taleyi hələlik məlum deyil.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın Nepaldakı səfirliyi fəlakət zonasına düşən vətəndaşlarla bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Onun sözlərinə görə, əvvəlcə itkin düşən Rusiya vətəndaşlarının sayının 12 olduğu bildirilirdi. Lakin sonradan həmin şəxslərdən birinin uzun müddət yaxınları ilə əlaqə saxlaya bilmədiyi müəyyənləşib. Daha sonra həmin qadın ailəsi ilə əlaqə yaradıb.
Sentyabrın 1-də Nepalın daşqınlardan zərər çəkmiş ərazilərindən 10 Rusiya vətəndaşının təxliyə edildiyi barədə məlumat yayılmışdı. Həmin vaxt Rusiya səfirliyinə 12 vətəndaşın axtarılması ilə bağlı müraciətlər daxil olmuşdu.
Nepalda avqustun 26-da baş verən dağıdıcı daşqınlar nəticəsində minlərlə insan həlak olub və itkin düşüb. Xilasetmə və axtarış əməliyyatları davam etdirilir.
12:32 09.09.2026
Oxunuş sayı: 45