Mendel: Müharibə Ukraynanı zəiflədə bilər
Ukraynada döyüşlərin davam etməsi ölkəni Rusiya ilə “çətin razılaşma”dan daha çox asılı dövlətə çevrilmə riski ilə üz-üzə qoya bilər.
Crossmedia.az xəbər verir ki, “X” sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bu barədə paylaşım edib.
Mendel bildirib ki, ideal olmayan sülh uzunmüddətli və baha başa gələn müharibədən daha üstün ola bilər. Onun sözlərinə görə, döyüşlərin davam etməsi Ukraynanın fəaliyyət imkanları məhdudlaşdırılmış və ya asılı dövlətə çevrilməsi riskini artıra bilər. Mendelin fikrincə, hazırda Rusiya əsas tələbləri təmin olunmadan atəşkəsə razılaşmaq üçün ciddi səbəb görmür.
Zelenskinin keçmiş komanda üzvü əlavə edib ki, 2025-ci ildə Kiyev üçün nisbətən daha əlverişli şərtlər mövcud olub. Lakin onun sözlərinə görə, Ukrayna lideri hələ də güzəştə getməyə hazır olduğunu nümayiş etdirməyib.
16:29 06.09.2026
Oxunuş sayı: 54