Qubada 26 yaşlı gənc dəhşətli qəzada öldü
Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisində “Mercedes” markalı avtomobilin ağaca çırpılaraq aşması nəticəsində 26 yaşlı Sənan Ramazanov hadisə yerində ölüb.
Crossmedia.az xəbər verir ki, qəza zamanı avtomobilin sürücüsü, 24 yaşlı Seyfəlmülk Eldarov və sərnişin Roman Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
09:29 06.09.2026
Oxunuş sayı: 47