Uilyams bacıları ABŞ Açıq turnirinin ilk turunda məğlub oldular
Amerikalı tennisçi bacılar Serena və Venus Uilyams ABŞ Açıq Çempionatının cütlər turnirində ilk turda məğlub olublar.
Crossmedia.az xəbər verir ki, “Sport-Ekspress” bu barədə məlumat yayıb.
Bacıların rəqibləri taylandlı Çan Haoçin və avstraliyalı Maya Coynt olub. Gərgin keçən qarşılaşma Çan – Coynt cütünün 3:6, 7:6 (8:6), 6:7 (7:10) hesablı qələbəsi ilə başa çatıb.
3 saat 6 dəqiqə davam edən görüşün həlledici tay-breykinə Serena və Venus Uilyams 5:0 hesabı ilə öndə başlayıblar. Lakin amerikalı tennisçilər üstünlüklərini qoruya bilməyərək məğlub olublar.
Serena və Venus Uilyams görüş ərzində 2 as və 10 qoşa səhvə yol veriblər. Onlar 10 breyk imkanından yalnız 2-ni reallaşdırıblar. Rəqibləri isə 1 as vurub, 3 qoşa səhvə yol verib və 10 breyk imkanından 3-dən yararlanıblar.
Çan Haoçin və Maya Coynt növbəti turda argentinalı Nikol Fossa-Uerqo və almaniyalı Tamara Korpax cütü ilə qarşılaşacaqlar.
Serena Uilyams iyunda təxminən dörd illik fasilədən sonra kortlara qayıdıb. O, kanadalı Viktoriya Mboko ilə birlikdə Londonda keçirilən WTA 500 turnirində ikinci mərhələyə yüksəlsə də, tərəfdaşının zədələnməsi səbəbindən mübarizəni dayandırıb.
Serena və Venus Uilyams ABŞ Açıq Çempionatında iştirak etmək üçün xüsusi dəvət (wild card) alıblar.
16:32 05.09.2026
Oxunuş sayı: 53