Ərdoğana qarşı sui-qəsdə dəstək verənlər həbs edilib
FETÖ-nün 15 iyul çevriliş cəhdində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd dəstəsində yer alan Burkay Karatepeyə maddi yardım göstərdiyi müəyyən edilən 10 şübhəli saxlanılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Karatepe avqustun 1-də Afyonkarahisarda yaxalanıb, avqustun 5-də isə Muğlada həbs edilib.
İstintaq zamanı Karatepe ilə əlaqəli olduqları və onun qaçaq olduğu müddətdə maddi yardım göstərdikləri müəyyən edilən şəxslərin saxlanılması üçün əməliyyat keçirilib.
Əməliyyat çərçivəsində İstanbulda 5, Əskişəhərdə isə 5 şübhəli müəyyənləşdirilib. İki şəhərdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 10 nəfər saxlanılıb.
19:25 04.09.2026
Oxunuş sayı: 50