Ali təhsil müəssisələrində BOŞ YERLƏRİN SAYI AÇIQLANDI
Bu il tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100 faiz dolub.
Crossmedia.az xəbər verir ki, bu barədə DİM sədri Məleykə Abbaszadə sosial media hesabında paylaşım edib.
Bildirilib ki, ali təhsil müəssisələrinin 4-də plan 99 faiz, 4-də isə 98 faiz dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95 faizdən yüksəkdir.
Həmçinin qeyd olunub ki, ali təhsil müəssisələrində plan yerlərinin təxminən 98 faizi dolub:
"Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71%-i dolub, cəmi 1393 plan yeri – təxminən 2%-i boş qalıb".
17:31 04.09.2026
Oxunuş sayı: 42