İsraili boykot edən universitetlərə ABŞ-dən zərbə
ABŞ Konqresinin Nümayəndələr Palatası İsraili boykot edən universitetlərin federal maliyyələşdirilməsinin azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sənəd İsrailə qarşı ayrı-seçkilik xarakterli kommersiya və ya akademik boykotlarda iştirak edən universitetlərə maliyyə məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.
Məhdudiyyətlər tələbə mübadiləsi proqramlarına da şamil edilə bilər.
Qanun layihəsinin lehinə 237 konqresmen, əleyhinə isə 169 konqresmen səs verib. Sənədi 33 demokrat dəstəkləyib, iki respublikaçı isə əleyhinə çıxıb.
Qanun layihəsi bundan sonra ABŞ Senatında müzakirəyə çıxarılacaq.
23:50 03.09.2026
Oxunuş sayı: 45