Vens İranla qarşıdurmanı müharibə adlandırmadı
ABŞ vitse-prezidenti Ceyms Devid Vens İranla qarşıdurmanın hazırkı mərhələsini müharibə adlandırmayacağını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Vensin sözlərinə görə, hazırda yeni zərbələr qeydə alınmayıb.
O bildirib ki, ABŞ-nin İrana qarşı genişmiqyaslı əməliyyatı təxminən altı həftə davam edib və bu müddət ərzində Tehranın strateji ehtiyatları məhv edilib.
“İranın kommersiya gəmilərini atəşə tutmağı nə vaxt dayandıracağını soruşursunuzsa, bilmirəm. Onlardan soruşun”, – Vens deyib.
23:05 03.09.2026
Oxunuş sayı: 44