Çexiya Rusiyanın səfirini çağırıb
Çexiyanın Xarici İşlər Nazirliyi Leypsiq hava limanında pilotsuz uçuş aparatları ilə bağlı baş verən insidentlərə görə Rusiyanın Praqadakı səfiri Anna Ponomaryovanı çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Çexiyanın xarici işlər naziri səfirin insidentləri Ukraynanın təxribatları adlandırmasını qəbul etməyib.
Çexiya XİN-dən bildirilib ki, nazir səfirin bu məsələyə dair verdiyi izahları rədd edib.
18:55 03.09.2026
Oxunuş sayı: 37