Kramatorska zərbə endirildi
Ukraynanın Kramatorsk şəhərinə Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi zərbə endirildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “İdi i smotri” teleqram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, şəhərdə güclü partlayışlar baş verib. Zərbələr nəticəsində polis idarəsinin və prokurorluğun binaları zədələnib.
Qeyd edək ki, avqustun 26-da Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk Xalq Respublikasının Kiyevin nəzarətində olan ərazilərində Ukrayna Silahlı Qüvvələrinin müdafiə strukturunun yenidən təşkil edildiyini açıqlayıb. Bununla əlaqədar cəbhənin həmin istiqamətindəki bölmələrin idarə olunması üçün iki xüsusi komandanlıq yaradılıb.
Bu qərarın Rusiya qüvvələrinin Kiyevin nəzarətində olan Drujkovka, Slavyansk və Kramatorsk şəhərləri istiqamətində irəliləməsi fonunda qəbul edildiyi bildirilir.
17:57 03.09.2026
Oxunuş sayı: 45