Feminist hərəkatın ikonlarından biri Qloriya Staynem vəfat etdi
ABŞ-da feminist hərəkatının tanınmış simalarından olan jurnalist və qadın hüquqları müdafiəçisi Qloriya Staynem 92 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, “Gloria’s Foundation” bu barədə məlumat yayıb.
Staynem sentyabrın 2-də Nyu-Yorkdakı evində yaxınlarının əhatəsində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
1934-cü ildə Ohayo ştatının Toledo şəhərində anadan olan Staynem 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində ABŞ-da feminist hərəkatının əsas simalarından birinə çevrilib. O, qadın hüquqları, gender bərabərliyi və reproduktiv hüquqların müdafiəsi istiqamətində uzun illər fəaliyyət göstərib.
Staynem 1970-ci illərin əvvəllərində Amerikanın ilk feminist jurnallarından biri olan “Ms.” jurnalının həmtəsisçisi olub. Nəşrdə abort, məişət zorakılığı, gender ayrı-seçkiliyi və əməyə görə bərabər ödəniş kimi mövzulara geniş yer verilib.
Jurnalist 1960-cı illərdə “Playboy” klubunda modellərin əmək şəraiti ilə bağlı araşdırması ilə də geniş tanınıb. O, həmçinin qadın hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra təşkilatların yaradılmasında iştirak edib.Staynem 2013-cü ildə ABŞ Prezidenti Barak Obama tərəfindən ölkənin ən yüksək mülki mükafatı olan Prezident Azadlıq medalı ilə təltif edilib.
17:47 03.09.2026
Oxunuş sayı: 44