Rus qoşunları genişmiqyaslı hücuma başladı
Ukraynanın Kramatorsk şəhərinə güclü zərbələr endirilib, şəhərdə polis və prokurorluq binalarına ziyan dəyib.
Crossmedia.az bu barədə xəbər verir.
Mənbənin sözlərinə görə, “Kramatorskda çox güclü zərbələr olub”.
Şəhərdə polis və prokurorluq binalarının zədələndiyi bildirilir.
Qeyd edək ki, avqustun 26-da Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk Xalq Respublikasının (DXR) Ukraynanın nəzarətində olan ərazilərində Ukrayna Silahlı Qüvvələrinin müdafiə sisteminin yenidən təşkil edildiyini və bu cəbhə istiqamətində bölmələrin idarə olunması üçün iki xüsusi komandanlığın yaradıldığını açıqlayıb.
Bu qərar Rusiya qoşunlarının Kiyevin nəzarətində olan Druzkovka, Slavyansk və Kramatorsk şəhərlərinə doğru irəliləməsi fonunda qəbul edilib.
17:23 03.09.2026
Oxunuş sayı: 43