Paşinyandan Avropa İttifaqı ilə bağlı mühüm açıqlama
Ermənistan Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qəbul edilmiş qanundan imtina etməyəcək.
Crossmedia.az xəbər verir ki, “NEWS.am” bu barədə məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 3-də keçirdiyi brifinqdə bildirib ki, bu qanunun qəbul edilməsi düzgün addım olub və Avropaya inteqrasiya prosesi müsbət qiymətləndirilir.
Paşinyanın sözlərinə görə, qanunun təşəbbüsü vətəndaş cəmiyyəti tərəfindən irəli sürülüb və onun qəbul edilməsi yalnız parlamentin siyasi iradəsi ilə bağlı deyil.
Baş nazir qeyd edib ki, bəzi tərəfdaşlar Ermənistana qanundan imtina etməyi təklif edirlər. Lakin onun sözlərinə görə, bu, mümkün deyil, çünki qərarın arxasında Ermənistan xalqının iradəsi də dayanır.
Qeyd edək ki, Ermənistan parlamenti 2025-ci ilin martında ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib.
16:53 03.09.2026
Oxunuş sayı: 44