Trampdan Britaniyaya sərt mesaj: “Ölkəniz yaxşı vəziyyətdə deyil”
ABŞ Prezidenti Donald Tramp Britaniyanı ABŞ-a lazımi səviyyədə dəstək verməməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, “GB News” bu barədə məlumat yayıb.
Tramp müsahibə zamanı Britaniyanın vəziyyətinin yaxşı olmadığını bildirib və ölkənin neft təchizatında Hörmüz boğazından asılılığını xatırladıb.
“Ölkəniz vəziyyətin öhdəsindən yaxşı gəlmir. Unutmayın ki, neftinizin çox böyük hissəsini Hörmüz boğazından alırsınız. Siz mənə kömək etmək üçün yanımda olmadınız. Ölkəniz mənə kömək etmək üçün yanımda olmadı”, – Tramp deyib.
Hörmüz boğazı Yaxın Şərqdə davam edən gərginlik fonunda mühüm enerji marşrutu olaraq qalır. Son günlər boğaz ətrafında vəziyyətin gərginləşməsi neft bazarlarında da qiymət artımına səbəb olub.
16:39 03.09.2026
Oxunuş sayı: 41