Moskva Berlindən əl çəkmir
Rusiya Almaniya ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması təşəbbüsü ilə çıxış etməyəcək.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Almaniya da hazırda diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasından danışmır.
“Ən azı onlar bu barədə danışmırlar. Düşünmürəm ki, biz təşəbbüskar olacağıq. Digər tərəfdən, açıq-aşkar görünür ki, onlar hazırda istənilən absurd addımı ata bilərlər”, – Peskov deyib.
Beləliklə, Moskva Berlinlə diplomatik münasibətlərin aşağı səviyyəyə endirilməsi məsələsində təşəbbüsü öz üzərinə götürmək niyyətində olmadığını açıqlayıb.
15:23 03.09.2026
Oxunuş sayı: 42