Rusiya: 6 Ukrayna katerini məhv etdik
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus 6 pilotsuz katerin məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bundan əvvəl OSINT-analitik “ASTRA” Soçi limanı üzərində iki tüstü ocağının müşahidə edildiyini müəyyənləşdirib. Görüntülərin şahidlər tərəfindən çəkildiyi bildirilir.
Yerli sakinlər və monitorinq kanalları Soçi limanı ərazisində pilotsuz katerlərin hücumu barədə məlumat yayıblar. Hadisə ilə bağlı digər təfərrüatlar hələ açıqlanmayıb.
14:31 03.09.2026
Oxunuş sayı: 43