Dmitri Donskoyun qalıqları Moskvada ziyarət üçün təqdim ediləcək
Sentyabrın 7-dən Dmitri Donskoyun qalıqları Moskvadakı Xilaskar Məsih kilsəsində ziyarət üçün yerləşdiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Moskva Patriarxlığının İşlər İdarəsinin rəhbər müavini, Zelenoqrad arxiyepiskopu Savva (Tutunov) məlumat yayıb.
Rusiya Pravoslav Kilsəsinin nümayəndəsinin sözlərinə görə, ziyarətçilər müqəddəs qalıqlara yaxınlaşaraq onlara ehtiram göstərə biləcəklər, lakin çox sayda insanın gələcəyi nəzərə alınaraq qalıqlara toxunmağa və onları öpməyə icazə verilməyəcək.
Daha sonra Dmitri Donskoyun qalıqlarından hissələrin Moskvada sentyabrın 6-da keçiriləcək xaç yürüşündə aparılması planlaşdırılır.
Xatırladaq ki, iyul ayında Moskva Kremlində Böyük knyaz Dmitri Donskoyun qalıqlarının olduğu sarkofaq aşkarlanıb. Rusiya Prezidenti Vladimir Putin bu hadisəni unikal və möcüzəvi tapıntı adlandırıb.
Bundan sonra Rusiya Dövlət Dumasında müqəddəs qalıqların Ukraynada müharibənin davam etdiyi əraziyə göndərilməsi təklif edilib. Rusiya Pravoslav Kilsəsi də bu təşəbbüsü məntiqli hesab etdiyini və rusiyalı hərbçilərin müqəddəsə ehtiram göstərməsi üçün imkan yaradılmasının vacib olduğunu bildirib.
17:18 02.09.2026
Oxunuş sayı: 53