Hindistan Ermənistana yeni raketləri təklif edir
Hindistanın Ermənistan üçün tamamilə ölkə daxilində hazırlanmış Pralay taktiki raket kompleksinin ixrac variantının tədarükü imkanını müzakirə etdiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Ermənistan Hindistanın əsas xarici alıcılarından birinə çevrilə bilər. İxrac üçün nəzərdə tutulan variantın uçuş məsafəsinin təxminən 290 kilometr olacağı qeyd edilir. Daha uzun mənzilli baza versiyasının isə Hindistan tərəfindən ixrac edilmədiyi bildirilir.
Ermənistan daha əvvəl Hindistandan Pinaka reaktiv yaylım atəş sistemləri, ATAGS haubitsaları, Akash hava hücumundan müdafiə sistemləri və Swathi radarları almağa başlayıb.
21:49 28.08.2026
Oxunuş sayı: 49