Türkiyə ABŞ-yə yox dedi?
Türkiyənin Müdafiə Nazirliyi ABŞ-nin Suriyada gərginliyin azaldılması mexanizminin yaradılması təşəbbüsü ilə bağlı rəsmi müraciət almadığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlik bildirib ki, ABŞ-dən belə bir müraciət daxil olacağı təqdirdə məsələ aidiyyəti qurumlarla koordinasiya şəraitində nəzərdən keçiriləcək.
Bununla yanaşı, Türkiyə Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinin mövcud hərbi əməkdaşlıq sazişi çərçivəsində Suriya ordusunun potensialının inkişafına dəstəyi davam etdirəcəyini vurğulayıb. Xüsusilə terrorla mübarizə sahəsində əməkdaşlığın davam etdiriləcəyi qeyd olunub.
19:24 27.08.2026
Oxunuş sayı: 42