İƏT XİN rəhbərləri Fələstin məsələsini müzakirə edir
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri Fələstindəki vəziyyəti müzakirə etmək üçün Ciddədə fövqəladə toplantıya toplaşıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
İƏT-in Türkiyədən olan sədri Qəzzada, İordan çayının qərb sahilində, eləcə də Livan, Suriya və regionun digər ölkələrində İsrailin fəaliyyətinin gücləndiyini bildirib.
O, İsrailə qarşı siyasi, hüquqi və iqtisadi təzyiqin artırılmasına çağırıb.
17:12 27.08.2026
Oxunuş sayı: 50