Ərdoğan qanlı planları ifşa etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regionda sülhün təmin olunması istiqamətində mübarizəsini davam etdirəcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ərdoğan qeyd edib ki, Türkiyə vətəndaşları ilə birlikdə regiondakı hər kəs üçün sülh istədikcə, qan və münaqişə üzərində qurulan cinayət şəbəkələrinin planları pozulur.
“Regionumuzla bağlı hansı qanlı ssenarilərin yazılmağa çalışıldığını görürük. Allahın izni ilə bunların həyata keçirilməsinə imkan verməyəcəyik”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri əlavə edib ki, kiminsə bundan narahat olması və ya hansısa planların pozulması Ankaranı regionda sülhün bərqərar olması uğrunda mübarizədən çəkindirməyəcək.
“Əlləri günahsız insanların qanına bulaşmış cinayət şəbəkələri narahat olur deyə qonşularımızın toparlanmasına dəstək verməkdən vaz keçməyəcəyik”, – Ərdoğan vurğulayıb.
O, Türkiyənin regionla bağlı gizli gündəliyinin və niyyətinin olmadığını da bildirib: Bizim məqsədimiz ətrafımızda sülh mühitinin hakim olmasıdır.
23:35 25.08.2026
Oxunuş sayı: 53