Ərdoğan İsrailə meydan oxuyub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə cavab olaraq bildirib ki, heç bir qüvvə Türkiyənin xarici siyasətinin istiqamətini və sərhədlərini diktə edə bilməz.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğan xalqa müraciəti zamanı Ankaranın regionda sülhün bərqərar olması uğrunda mübarizəsini davam etdirəcəyini vurğulayıb.
“Əlləri günahsız insanların qanına bulaşmış cinayətkar şəbəkələr təhlükə ilə üzləşib deyə qonşularımızın yenidən qurulmasına dəstəyimizdən də imtina etməyəcəyik. Bu ölkənin xarici siyasətini yalnız Türkiyə xalqı müəyyən edir. Xalqın özündən başqa heç bir qüvvə Türkiyəyə xarici siyasətinin istiqamətini və sərhədlərini diktə edə bilməz”, – deyə Ərdoğan bildirib.
21:38 25.08.2026
Oxunuş sayı: 46