Katsdan Türkiyəyə sərt mesaj: İcazə verməyəcəyik
İsrailin müdafiə naziri İsrael Kats Suriyanın İsrail tərəfindən nəzarətdə saxlanılan Hermon dağının bir hissəsində yerləşən İsrail Müdafiə Ordusunun bölmələrinə baş çəkib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kats Suriya və Türkiyəyə xəbərdarlıq edərək Suriyada Türkiyənin mövcudluğunun qəbuledilməz olduğunu bildirib.
“İsrail dövlətinə qarşı cihadçı təhdidlər mövcud olduğu müddətdə Hermon dağını və bufer zonasını tərk etməyəcəyik. İsrailin təhlükəsizlik maraqlarını təhdid edən Türkiyənin Suriyada möhkəmlənmək cəhdinə qarşı hərəkət etdik. Bunu açıq şəkildə bildirdik və gələcəkdə də bu mövqeyə sadiq qalacağıq”, – deyə Kats bildirib.
20:38 25.08.2026
Oxunuş sayı: 44