Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatının başa çatdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri ona beynəlxalq sularda yerləşdirilən bütün minaların zərərsizləşdirildiyini və ya partladıldığını məruzə edib.
Onun sözlərinə görə, İrana xəbərdarlıq edilib ki, yeni mina yerləşdirən istənilən gəmi və ya qayıq dərhal və sistemli şəkildə məhv ediləcək.
Tramp həmçinin ABŞ Kosmik Qüvvələrinin boğazın hər kvadrat santimetrini izlədiyini bildirib. O, mina yerləşdirilməsinə qarşı sıfır dözümlülük siyasətinin tətbiq olunduğunu vurğulayıb.
19:24 25.08.2026
Oxunuş sayı: 40