Britaniya Ukraynaya məxfi raket texnologiyalarını ötürəcək
Britaniya Ukraynanın uzaqmənzilli raketlərin istehsalını ölkə daxilində həyata keçirməsinə imkan verəcək məxfi texnologiyaları Kiyevə təqdim etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, Britaniya hökuməti müdafiə şirkəti “MBDA”ya Böyük Britaniyanın hazırladığı hissələr üzrə məxfi və mülkiyyət hüququ ilə qorunan məlumatları Ukrayna ilə paylaşmağa icazə verib. Söhbət Britaniyada “Storm Shadow”, Fransada isə “Scalp” adlandırılan uzaqmənzilli qanadlı raketdən gedir.
Fransa Prezidenti Emmanuel Makron da iyul ayında Ukraynanın “Scalp” və “Aster” raketləri də daxil olmaqla bir sıra Fransa silahlarını ölkə daxilində istehsal etməsinə icazə verib.
Bu addım Qərb ölkələrinin Ukraynanın öz müdafiə sənayesini inkişaf etdirməsinə və Rusiya ilə müharibə üçün lazım olan silahları ölkə daxilində istehsal etməsinə dəstəyinin gücləndiyini göstərir.
17:16 25.08.2026
Oxunuş sayı: 44