Rusiya MN: Ukraynaya hərbi yük daşıyan yük gəmisi vurulub
Rusiya Silahlı Qüvvələri gecə Ukraynanın Odessa vilayətində yerləşən “Yujnı” limanında Ukrayna Silahlı Qüvvələri üçün yük gətirdiyi bildirilən quru yük gəmisinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərbə nəticəsində həmçinin liman infrastrukturu obyektləri də vurulub. Rusiya Müdafiə Nazirliyi gəminin Ukrayna ordusu üçün nəzərdə tutulan yük daşıdığını iddia edib. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Qurum eyni zamanda gecə ərzində hava hücumundan müdafiə sistemlərinin 148 Ukrayna PUA-sını məhv etdiyini və ya ələ keçirdiyini bildirib.
11:07 25.08.2026
Oxunuş sayı: 58