Sudan Efiopiyaya qarşı həyəcan təbili çalıb
Sudanın Müdafiə Nazirliyi Efiopiyadan buraxıldığı bildirilən PUA-nı vurduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, düşmən PUA-sı Sudan hava məkanına daxil olaraq Mavi Nil əyalətinin Kurmuk şəhəri yaxınlığında uçub.
Sudan PUA-nın Efiopiya ərazisindən buraxıldığını iddia edib. Hadisə ilə bağlı Efiopiya hakimiyyətindən hələlik açıqlama verilməyib. PUA-nın kim tərəfindən idarə olunduğu və mümkün hədəfinin nə olduğu da məlum deyil.
Hadisə Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında davam edən müharibə fonunda baş verib. Mavi Nil bölgəsində son aylarda PUA hücumları ilə bağlı bir sıra insidentlər qeydə alınıb.
23:41 23.08.2026
Oxunuş sayı: 68