Litva Prezidenti Gitanas Nauseda Ukraynaya gəlib
Litva Prezidenti Gitanas Nauseda Ukraynaya səfər edib.
Crossmedia.az xəbər verir ki, Litva Prezidentinin ofisi bu barədə məlumat yayıb.Gitanas Nauseda Ukraynanın Dövlət Bayrağı Günü və Müstəqillik Günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində Nausedanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır. Litva lideri, həmçinin Şimali-Baltik regionunun müttəfiqləri ilə danışıqlara və “istəklilər koalisiyası”nın növbəti iclasına qoşulacaq.
16:39 23.08.2026
Oxunuş sayı: 72