Pakistan XİN rəhbəri Britaniyaya dördgünlük səfər edəcək
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar avqustun 24-dən 28-dək Böyük Britaniyaya rəsmi səfər edəcək.
Crossmedia.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.Səfər çərçivəsində Məhəmməd İshaq Darın Britaniyanın rəsmiləri ilə görüşlər keçirməsi və iki ölkə arasında əlaqələrin müzakirə olunması gözlənilir.
Rəsmi səfərin Pakistan-Böyük Britaniya münasibətlərinin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilir.
16:35 23.08.2026
Oxunuş sayı: 64