İstidən qorunmaq üçün parklara axışdılar
Termometrlərin 46 dərəcəni göstərdiyi Şanlıurfada sakinlər isti havadan qorunmaq üçün parklarda və yaşıllıq ərazilərdə vaxt keçiriblər.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Türkiyənin ən isti şəhərləri sırasında yer alan Şanlıurfada yüksək temperatur gündəlik həyata təsir edib.
Bəzi şəhər sakinlərinin günəşdən qorunmaq üçün çətir və papaqlardan istifadə etdiyi müşahidə olunub.
14:29 23.08.2026
Oxunuş sayı: 62