Türkiyədə metallurgiya zavodunda partlayış: yaralananlar var
Türkiyənin Samsun vilayətinin Tekkeköy rayonunda yerləşən təşkilatlanmış sənaye zonasında metallurgiya zavodunda partlayış baş verib.
Crossmedia.az-ın məlumatına görə, “Yeni Akit” hadisə barədə məlumat yayıb.
İlkin məlumata əsasən, iki işçi sistemi işə salmaq üçün idarəetmə otağına daxil olduqdan sonra güclü partlayış baş verib. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.
13:04 23.08.2026
Oxunuş sayı: 56