İranlı deputatdan BƏƏ ilə bağlı qalmaqallı çağırış
İran parlamentinin deputatı Hüseynəli Hacı Deliqani Birləşmiş Ərəb Əmirliklərini İrana dəymiş zərərə görə kompensasiya ödəməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Khabar Online” bu barədə məlumat yayıb.
Deliqani daha irəli gedərək BƏƏ-nin hətta ərazisinin bir hissəsini İrana təhvil verməli olduğunu bildirib.
Deputat son Məkkə razılaşmasının ABŞ-nin regiondakı strategiyasının uğursuzluğunu göstərdiyini iddia edib.
O, BƏƏ-nin ABŞ-dən təhlükəsizlik əldə etmək üçün böyük vəsait xərclədiyini bildirərək, bölgədə yaranan yeni reallıq fonunda Əbu-Dabinin İrana kompensasiya ödəməli olduğunu söyləyib.
13:18 23.08.2026
Oxunuş sayı: 67