Yük gəmisi batdı: 24 heyət üzvündən 2-si xilas edildi
Benqal körfəzində 24 heyət üzvünü daşıyan yük gəmisi batıb.
Crossmedia.az xəbər verir ki, “Press Trust of India” bu barədə məlumat yayıb.
Panama bayrağı altında üzən “Ocean Winner” adlı gəmi dəmir filizi daşıyaraq Sinqapura gedirmiş. Gəminin göyərtəsində 20 Çin, 3 Myanma və 1 Banqladeş vətəndaşı olub.
Hadisədən sonra Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı başladılıb. İlkin məlumata görə, artıq iki nəfər xilas edilib.
12:31 23.08.2026
Oxunuş sayı: 57