İran yeraltı raket istehsalını artırdığını açıqladı
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Əli Abdullahi ölkənin yeraltı raket istehsalı sahəsinə səfəri zamanı Müdafiə Nazirliyinin silah və hərbi avadanlıq istehsalını artırdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Abdullahinin sözlərinə görə, İran Müdafiə Nazirliyi daha yüksək imkanlara malik və keyfiyyətli hərbi avadanlıqlar istehsal etməyə nail olub.
O, istehsalın kəmiyyət baxımından da əvvəlki dövrlə müqayisədə artdığını vurğulayıb.
20:15 22.08.2026
Oxunuş sayı: 58