Medvedev müharibə əleyhdarlarına sərt xəbərdarlıq etdi
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniya və Yaponiyanı militarizasiya və revanş yoluna getməkdə ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O, həmçinin müharibəyə qarşı çıxan və ölkəni tərk edən rusiyalıların Rusiyaya qayıtmasının qadağan edilməsini təklif edib.
Medvedev “Vahid Rusiya” partiyasının qurultayında çıxışı zamanı xaricdə yaşayan müharibə əleyhdarı rusiyalıları sərt şəkildə tənqid edib. O bildirib ki, ölkəni tərk edən və Rusiyanın məğlubiyyətini istəyən şəxslərə bağışlanma olmamalıdır.
“Ölkələri müharibə aparır, əsgərlər və dinc insanlar ölür, onlar isə öz ölkələrinin məğlubiyyətini arzulayırlar”, – deyə Medvedev bildirib.
Rusiya rəsmisi çıxışında Almaniya və Yaponiyanın hərbi potensialını artırdığını iddia edib. O, xüsusilə Almaniyanın yeni müdafiə strategiyasını tənqid edərək, Berlinin Avropada hərbi rolunu gücləndirməyə çalışdığını söyləyib.
Medvedev daha əvvəl də Almaniyanın hərbi siyasətini revanşizm kimi qiymətləndirib və ölkənin Avropada ən güclü quru ordusuna sahib olmaq planlarını tənqid edib.
20:08 22.08.2026
Oxunuş sayı: 69