Ukraynada polyaklara hücum edilməsi ilə bağlı iddialar səs-küy yaradıb
Ukraynada fəaliyyət göstərən sağ radikal qrupların Polşa vətəndaşlarını hədəfə aldığı iddia olunur.
Crossmedia.az bu barədə ˝TASS˝-a istinadən xəbər verir ki, bölgədə polyakların hərəkət etdiyi məkanları müəyyənləşdirmək üçün növbətçi qruplar yaradılıb.
Bildirilib ki, yerli sakinlər xüsusi çatlar vasitəsilə polyakların yerləşdiyi əraziləri və geolokasiya məlumatlarını bu qruplara ötürürlər. Daha sonra maskalı, idman quruluşlu gənclər həmin ünvanlara operativ şəkildə gələrək, iddiaya görə, gələn şəxsləri döyür və ya hədələyir, daha sonra isə ərazidən uzaqlaşırlar.
Məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyi qeyd olunur.
18:25 20.08.2026
Oxunuş sayı: 55