DSX Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirib
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə DSX-dən məlumat verilib.
DSX rəisi general-polkovnik Elçin Quliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi-strateji kursun bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam edir, həyata keçirilən ardıcıl və genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanın sərhəd mühafizə sisteminin müasir tələblərə cavab verən yüksək səviyyəyə çatdırılıb.
Daha sonra E. Quliyev Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edərək Azərbaycan sərhədçilərinin dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması işini şərəflə yerinə yetirdiklərini qeyd edib.
Bildirilib ki, Azərbaycanın sərhədçiləri Vətən müharibəsində döyüş meydanında nümayiş etdirdikləri igidlik və yüksək peşəkarlıqla şanlı Zəfərin qazanılmasına mühüm töhfə verib, Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni qəhrəmanlıq salnaməsi yazmışlar. Azərbaycan sərhədçisinin Vətənimizin quru və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin etməklə yanaşı, dövlət sərhədində yarana biləcək istənilən təhdidə çevik və qətiyyətli cavab verməyə, dövlətin təhlükəsizliyinin etibarlı təminatçısı kimi qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirməyə qadir olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltif edilib.
20:13 18.08.2026
Oxunuş sayı: 63