CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

13:49 10.03.2026

Süni intellekt və etika: təhlükəsiz rəqəmsal cəmiyyət

4

“Bir kafedə pəncərəyə söykənib çayı qarışdıran birini görürsən. Telefonu masanın üstündədir, ekranı qaranlıqdır. Halbuki rəqəmlər başqa mənzərə göstərir: araşdırmalara görə, müasir insan gün ərzində telefonuna orta hesabla 90 dəfədən çox baxır. Sosial platformalar istifadəçinin diqqətini bir mövzuda cəmi 7–8 saniyə saxlaya bilir. Amma o, bu statistikaların içində dayanıb. Heç nə gözləmir. Sadəcə sükutun içində qalmaq istəyir. Bu səhnə tək bir adama aid deyil. Başqa bir masada isə sən oturmusan. Telefon yenə yanındadır, amma bu dəfə ona baxmamaq şüurlu qərardır. Çünki artıq texnologiya təkcə həyatımızı asanlaşdırmır, davranışlarımızı formalaşdırır. Süni intellekt isə bu prosesin mərkəzində dayanır. Aldous Huxleynin “Brave New World” romanında texnologiya insanların duyğu və düşüncələrini manipulyasiya edir, bu gün də alqoritmlər oxşar rol oynayır, amma daha görünməz, daha səmimi üsullarla”. Bir mətn içində iki səhnəni oxudunuz. Bu iki səhnə iki ayrı mətnin başlanğıcıdır. Bəzi cümlələr süni intellekt tərəfindən yazılıb, digəri insan qələminin məhsuludur. Amma oxucu üçün bu fərqi ayırd etmək, hansı sətirlərin kimə aid olduğunu tapmaq getdikcə çətinləşir. 2024-cü ildə aparılan eksperimentlərdə istifadəçilərin böyük əksəriyyəti süni intellekt tərəfindən yazılmış mətni insan yazısından ayıra bilməyib. Problem texnologiyanın varlığı deyil. Problem onun insan dilini, duyğusunu və düşüncə tərzini təqlid edə bilməsidir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR